Satınalmalar üzrə köməkçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZEA Group Satınalmalar üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir.

AZEA Group MMC inşaat şirkəti haqqında ətraflı məlumatı www.azea.az  saytından əldə edə bilərsiniz.

HÖRMƏTLİ NAMİZƏD BU VAKANSİYA ÜÇÜN CV GÖNDƏRMƏKDƏN ƏVVƏL ELANI DİQQƏTLƏ VƏ SONA KİMİ OXUMANIZI XAHİŞ EDİRİK. YALNIZ TAM ƏMİN OLDUĞUNUZ HALDA CV GÖNDƏRİN.

CV-nizi (yalnız foto ilə və Azərbaycan dilində) hr@azea.az e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Satınalmalar üzrə köməkçi) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

VƏZİFƏNİN ADI: Satınalmalar üzrə köməkçi;

Tələblər:

  • Ali təhsil (maliyyə, logistika üzrə ixtisasa üstünlük verilir);
  • Satınalmalar və təchizat (tikinti üzrə) sahələrində ən azı 2 illik iş təcrübəsi;
  • Azərbaycan dilini şifahi və yazılı yüksək səviyyədə bilməli (ingilis və rus dilləri arzu olunandır);
  • Standart MS Office (Outlook, Excel və Word) proqramından sərbəst istifadə etmək bacarığı;
  • Satınalma prinsiplərini bilməli;
  • Xanım namizəd;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • İşinə məsuliyyətli yanaşma və çeviklik;
  • Bazarı təhlil etmək bacarığı;
  • Danışıqların aparılması və təchizatçılar sırasından düzgün seçim etmək bacarığı;
  •  İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
  • Məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən.

Vəzifə öhdəlikləri:

  • Mövcud bazarın və rəqiblərin təhlili, habelə mövcud əlaqələrin saxlanılması və inkişafı;
  • Aparılan satınalma əməliyyatlarının bazada yığılması;
  • Daxil olan sifarişlərin icrasını həyata keçirmək: mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək;
  • Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim etmək;
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatların hazırlanması;
  • Mallar üzrə yeni yerli tədarükçulərin texniki məlumat və qiymətlərini araşdırmaq və onlarla əlaqələri yaratmaq;
  • Satınalma üzrə müqavilə şərtlərini müəyyən etmək, müqavilələri həyata keçirmək və nəzarətdə saxlamaq, müqavilənin icrasına aid olan bütün müvafiq sənədlər
  • vriyyəsini düzgün və operativ apararaq nəzarət etmək;
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək;
  • Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərini hazırlayıb icra etmək;
  • Rəhbərliyin satınalma üzrə digər tapşırıqlarını yerinə yetirilmək.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Korporativ mobil nömrə və danışıq vaxtı;
  • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
  • İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
  • İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəsis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəsis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı