Satınalmalar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Grand-Agro İnvitro Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilində səlis danışa və yazışmaları apara bilməlidir.

Grand-Agro İnvitro” MMC Azərbaycanın klonlaşdırma üsulu ilə virusdan azad bitki çoxaldılması üzrə fəaliyyət göstərən şirkətidir və illik 4 milyon bitki yetişdirmə potensialına malikdir. Qurum bitki toxuması laboratoriyası və xüsusi uyğunlaşdırma göstəricilərinə malik istixana kompleksindən ibarət olub, yerli və beynəlxalq səviyyədə meyvəçilik və tingçilik sektorunda fəaliyyət göstərən müəssisə və institutlarla əməkdaşlıq etməkdədir. Şirkətin tətbiq edilən müasir texnologiyalar sayəsində ənənəvi üsullarla çoxaldılması mümkün olmayan, həmçinin yerli və xarici bazar rəqabətinə tab gətirə biləcək yüksək keyfiyyətli məhsullar yetişdirmək imkanları mövcuddur.

Əsas vəzifə öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
  • Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
  • Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
  • Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması;
  • Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin etmək;
  • İllik satınalma planının hazırlanması;
  • Müfaviq hesabatların hazırlanıb aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Ali Təhsil;
  • Analoji sahə üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dilində səlis danışa və yazışmaları apara bilməli;
  • MS Office proqramlarında sərbəst işləmək, 1 C proqramını bilmək;
  • Təchizat zəncirinin idarə edilməsi sahəsində biliklər;
  • Təhlil etmə bacarığının olması;
  • Komandada işləmə bacarığı;
  • Danışıqların aparılması bacarıqları;

İş şərtləri:

  • İş qrafiki: I – V günlər, 08:30-17:30
  • İş yeri: Türkan qəsəbəsi
  • Şirkət tərəfindən nahar və nəqliyyat ilə təmin edilmə;

Əlaqə:

Maraqlanan şəxslər öz CV-lərini hr@grandagroinvitro.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı