Satınalmalar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-800 AZN. Modenis LLC eManat Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma prosesinin təşkili və idarəedilməsində iştirak etmək.
  • Satınalmaların yaradılmış proqram üzərindən və yaxud mövcud və ola biləcək digər prosedurlara uyğun olmaqla icra edilməsini tam təmin etmək.
  • Alışların təsnifata uyğun olmaqla bölgüsünün aparılması, ümumi və təsnifata uyğun aylıq yarım illik və illik olmaqla müəyyən vaxt intervallarında hesabatların hazırlanması, təqdimatı.
  • Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.

Namizədə qoyulan tələblər:

  • Ali təhsil;
  • Ən azı bu sahə (marketing və ya təchizat) 2-3 il iş təcrübəsi arzuolunandır;
  • Məhsulların analizində analitik – alqoritmik düşünmə qabiliyyəti;
  • Texniki sənədlərin tərtibi; Vacibdir
  • Kompüter bilikləri; Ofis proqramları
  • Komanda şəklində işləmə bacarığı;
  • Xarici dil səviyyəsi: İngilis dili (orta və daha üstün) və Rus dili (yaxşı səviyyədə)
  • İşgüzarlıq,operativlik və icra etdiyi işə görə cavabdehlik
  • Digər müsbət xarakterli xüsuyyətlər(ünsiyyət, gülərüzlülük və.s)

İş şəraiti:

  • Ofis daxili;
  • Əmək haqqı 600-800 AZN (nett)
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar təminatının qarşılanması;
  • Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Satınalmalar üzrə mütəxəssis” yazılmalıdır

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...