Qısa məzmun
Grand-Agro MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm yeniləmək
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırması
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili
- Alınacaq malların keyfiyət və spesifikasiyalarını uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək
- Görülən işlərin təhvil təslim aktının hazırlanması,
- Tələb olunan malların/xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək
- Alışların ümumi məlumatlar bazasına işlənməsi,
- Alınan malların qəbulu və düzgünlüyünün nəzarəti,
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
- Sifariş sorğuları üzrə bazar araşdırmasının aparılması, təchizatçıların seçilməsi, qiymətləndirilməsi və müvafiq bazaya daxil etmək
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq
- Tədarük zənciri üzrə sənəd dövriyyəsinin düzgün və operativ təşkili
Tələblər
- Təhsil : Təhsil – Ali ( İnzibati idarəetmə,İqtisadiyyat, Təchizat zənciri)
- Təcrübə: Əlaqədar sahədə minimum 1 il
- Dil bilikləri: Rus dili (əsas tələb) Azərbaycan Dili ana dili , İngilis dili –üstünlük verilir
- İT üzrə biliklər: MS Office
Texniki Bacarıqlar
- Satınalma, Müqavilələrin tərtibatı, Logistika prinsip və qaydaları haqqında məlumat
- Bazar araşdırması bacarıqları və müqayisəli təhlil bacarığının olması
Səriştəlik
- Siyasət və Prosedurlara riayət
- Dürüstlük və etibarlılıq
- Məsuliyyət və hesabatlılıq
- Prinsip və dəyərlərə sadiqlik
- Konfidiensallığı qorumaq
- Problem həll etmə və proaktivlik
- Effektiv planlama və icraetmə
- Fərdi öyrənmə və inkişafa meyillik
- Yüksək komunikasiya / Aktiv dinləmə
Komanda işi
Link: https://qlor.me/lcpsuk7y
Oxşar vakansiya siyahısı:
Logistika üzrə mütəxəssis
MKT İstehsalat Kommersiya MMC Logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat və Logistika üzrə Menecer
ELMANADO MMC Təchizat və Logistika üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
400₼
Anbar köməkçisiBakı Tekstil Fabriki 400 AZN(Net) maaşla Anbar köməkçisi vakansiyası elan edir. ...
Satınalma üzrə mütəxəssis
AZBADAM MMC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...