Satınalmalar üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“AzInTelecom” MMC Satınalmalar üzrə mütəxəssis vakansiyasını elan edir.

“AzInTelecom” MMC Satınalmalar üzrə mütəxəssis vakansiyasını elan edir.

Şirkət haqqında: Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkəti 2015-ci ilin iyun ayından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir. AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və ISO 20000, ISO 22301, ISO 27001  və Uptime Institute tərəfindən TIER III sertifikatları ilə təltif olunan 24/7 rejimində texniki dəstək göstərən yeni yaradılmış “AZCLOUD” bulud xidmətlərindən ibarətdir.

Vəzifənin adı: Satınalmalar üzrə mütəxəssis

Şöbə: İnzibati işlər departamenti/Satınalma və təchizat şöbəsi

Vəzifə öhdəlikləri:

  • Müəssisənin əsasən IT kateqoriyalı mal/xidmətlərə dair tələbatına və satınalma planına əsasən, AR Dövlət Satınalmaları haqqında qanuna uyğun satınalma layihələrinin icrası, müqavilələrin icrasına nəzarət, tədarükçülərin fəaliyyətinin dəyərləndirilməsi və idarə edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • IT kateqoriyasına aid mal və xidmətlərin satın alınması prosesinə və şərtlərinə dair biliklər;
  • Məlumatların və bazarın təhlili üzrə bilik və bacarıqlar;
  • İnsanlarla ünsiyyət bacarığı, idarəçilik bacarıqları, stress hallarda və komanda ilə iş bacarığı;
  • Müxtəlif tipli layihələrin eyni zamanda idarə edilməsi bacarıqları;
  • Məsuliyyət, diqqət, vaxtdan səmərəli istifadə;
  • AR Dövlət Satınalmalar haqqında qanuna uyğun satınalmaların icrasında təcrübə və biliklər;
  • Beynəlxalq daşınmalar haqda qaydaları (INCOTERMS) üzrə biliklər;
  • IT kateqoriyaları mal və xidmətlərin ( avadanlıq, proqram təminatı, IT və infrastruktur avadanlığı üçün texniki dəstək, və s) satın alınması üzrə müqavilələrin imzalanması və icrası, müqavilələrin və tədarükçülərlə əməkdaşlığın risklərinin idarə edilməsi üzrə bilik və bacarıqlar;
  • IT və bulud həlləri sahəsində istehsalçılarla danışıqların aparılması üzrə təcrübə və biliklər;
  • CİPS/İFPS və ya analoji Peşəkar Satınalma üzrə Tədris Müəssisələr tərəfindən təqdim edilən (beynəlxalq səviyyəli satınalma üzrə mütəxəssis) sertifikatı.

Təhsil:

  • Ali

Dil bilikləri:

  • Azərbaycan dili, rus və ingilis dilləri sərbəst;
  • Microsoft Excel, Outlook, Word, Power Point, ERP-Microsoft Navision (SAP/digər);
  • AR Dövlət satınalmaları üzrə (esatınalma) portaldan istifadə təcrübəsi; tender/kotirovkaların portal vasitəsilə həyata keçirilməsi

İş təcrübəsi:

IT kateqoriyalı mal və xidmətlərin (avadanlıq, proqram təminatı, IT və infrastruktur avadanlığı üçün texniki dəstək və s.) satın alınması üzrə müqavilələrin imzalanması və icrası, müqavilələrin və tədarükçülərlə əməkdaşlığın risklərinin idarə edilməsi üzrə minimum 5 il təcrübə;

Telekommunikasiya sektorunda, Bulud həlləri və ya IT kateqoriyalı və mal və xidmətlər üzrə satınalma layihələrinin aparılmasında təcrübənin olmasına üstünlük verilir.

Xüsusi tələblər: Müxtəlif IT həllərinin istehsalçıların məhsulların( proqram təminatı və avadanlıqlarının, müvafiq texniki dəstək) satış prinsiplərinə, əməkdaşlıq və məhsulların istifadəsinin şərtlərinə dair biliklər və anlayış

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr-department@azintelecom.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı