Qısa məzmun
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
Texniki bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı)
- Microsoft Office proqramları istifadəsi
- 1C proqram təminatı istifadəsi
Yumşaq bacarıqlar
- Məsuliyyətlilik
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Operativlik
- Dəqiq və diqqətcil
- Nəticəyönümlülük
- Analiz etmə və problemləri həll etmə bacarığı
Xüsusi tələblər:
- Ali təhsil (bakalavr)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1-2 il
Əsas vəzifə öhdəlikləri:
- Bazar araşdırmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması
- Daxil olan sifarişlərin analiz edilməsi
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək Şirkətin təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək
- Tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Bərdə şəhərində yaşayış ilə təmin edilir
- İş yeri: Ağdam rayonu
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Müraciət üçün Satınalmalar üzrə mütəxəssis başlığı ilə HR@zafarbaglari.az email ünvanına CV-lərin göndərilməsi xahiş olunur.Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 31.08.2025
Oxşar vakansiya siyahısı:
2200₼
Böyük Satınalma Mütəxəssisi (dövlət)BERC Group Böyük Satınalma Mütəxəssisi (dövlət) vəzifəsi üzrə vakansiya elan edir. ...