Qısa məzmun
Az-Caspian CONSTRUCTION Satınalma və təchizat mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Tələblər əsasında müvafiq analizlər etmək və spesifikasiyalara uyğun doğru və düzgün təchizatçı şirkətlərdən təkliflərin hazırlanması
- Alınması zəruri hesab edilən mal, xidmət və ya işlərlə bağlı təchizatçı şirkətlərin müəyyən edilməsi, uyğun şirkətlərlə müqavilələrin bağlanması;
- Xarici və daxili bazar üzrə araşdırma, qiymətləndirmə aparmaq və optimallaşdırmaq üçün təkliflər vermək;
- Sifarişlərin təyin olunan vaxt çərçivəsində icrası proseslərinin həyata keçirilməsi
- Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyyatları ilə müqayisə edib aidiyyati şöbələri məhsullarla təmin etməlidir;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması;
- Görülən işlər barədə aylıq və illik hesabatların aparılması;
- Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Namizədə tələblər:
- Xanım namizədlərə üstünlük verilir.
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2ildən yuxarı iş təcrübəsi;
- İngilis və rus dilləri (ikisindən birini bilmək vacibdir);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
- 1C proqramında iş təcrübəsi.
Əlavə məlumatlar:
- İş rejimi: 6 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Satınalma və təchizat mütəxəssisi” yazaraq Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65
Oxşar vakansiya siyahısı:
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı anbardar
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...