Qısa məzmun
Mandarin.az Satınalma və planlama üzrə mütəxəssisvəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satınalma prosesini vaxtında,prosedur və qaydalara uyğun olaraq icra etmək;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək olmaq;
- Təchizatçı və tədarükçü bazasının yaradılması,təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Sifarişçilər və satış ilə bağlı məlumatları hazırlamaq və sistemə daxil etmək;
- Təchizatçılar və satınalmalar barədə məlumatları hazırlamaq və sistemə daxil etmək;
- Sifariş və xərclərini əsaslandırmaq, təşkilatın fəaliyyət məqsədlərinə uyğunluğunu təmin etmək;
- Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
- Satınalmaların qeydiyyatını aparmaq və nəzarət etmək;
- Gəlir-xərc məlumatlarını müvafiq qaydada yeniləmək;
- Hesabatların hazırlanması və analizi;
Tələblər:
- Ali təhsil.
- İngilis dili ve Rus dilini bilməsi.
- MS Office mutleq bilmek., 1C programlarında işləmə bacarığı arzu olunandır.
- Minimum 1-3 il müvafiq sahə üzrə əmək fəaliyyəti olmalı .
- Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək.
- Xarici satınalma və təchizat sahəsində təcrübə mütləqdir (2 sahədən birinin bilmesi mutleqdir.)
- Elektron məhsulların satın alma və planlaması üzrə biliyi olan namizədlərə üstünlük veriləcəkdir.
İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
Vakansiyaya müraciət üçün CV-nizi “Satınalma və planlama üzrə mütəxəssis” mövzusu ilə göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xarici satınalmalar üzrə kordinator köməkçisi
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...