Satınalma üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azericard Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Dövlət satınalmaları haqqında qanunvericiliyə bələd olmalıdır.

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Satınalma üzrə mütəxəssis.

Vəzifələr:

  • Müvafiq komissiyanın nəzarəti altında müəssisənin bütün satınalma metodları üzrə satınalmaların həyata keçirmək və satınalama ilə bağlı tələb olunan sənədləşmə işlərini yerinə yetirmək;
  • Satınalmaların təşkilini və rəhbərliyin göstərişləri əsasında tələb olunan müxtəlif sənədlərin hazırlanmasını təmin etmək;
  • Tələb olunan predmetlərlə bağlı şirkətlərdən qiymət təkliflərinin alınması, uyğunluğunun yoxlanması və ən optimal təkliflərin komissiyaya təqdim olunmasını təmin etmək;
  • Yerinə yetirilən işlər haqda mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
  • Müəssisənin fəaliyyəti ilə bağlı digər əlaqədar işləri və rəhbərliyin göstərişlərini icra etmək.

Tələblər:

  • Ali təhsil (İT üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək);
  • İş təcrübəsi: ən azı 3 il (satınalmalar sahəsində);
  • Dillər : azərbaycan, rus dilləri (yüksək səviyyədə), ingilis dili (orta səviyyə);
  • Ofis proqramları (MS Word, Excel, Powerpoint) ilə sərbəst işləmək bacarığı;
  • Dövlət satınalmaları haqqında qanunvericiliyə bələd olmalı;
  • Bütün satınalma metodları (xüsusilə də açıq tender üsulu) üzrə satınalmaların keçirilməsi ilə bağlı bütün sənədləşmə işləri barədə məlumatlara və təcrübəyə sahib olmalı;
  • Analitik düşüncə tərzi, ünsiyyət qurmaq bacarığı, kollektivdə işləmək və vaxtın idarə edilməsi bacarığı.

Qeyd: İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır.

Namizədlərdən CV-lərini “Satınalma üzrə mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı