Qısa məzmun
Ə/h 1200-1500 AZN. Zəhmət Ruzi MMC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
- Hesabatların hazırlanması və analiz olunması.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi: 25-38
- 1C 8.3 yaxşı səviyyədə;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Səlis azərbaycan dili, rus və ingilis dili biliyi arzu olunandır;
- İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq;
- Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə çalışma bacarığı;
- Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər);
- Gömrük rəsmiləşdirilməsi və zəruri əməliyyatlar barədə məlumatlı olmaq;
İş şəraiti:
- Ofis Xırdalan şəhərində yerləşir
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1200-1500 azn
Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Satınalma” qeyd etməklə göndərə bilərlər.
Telefon: (012) 349-57-67
Oxşar vakansiya siyahısı:
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...