Satınalma üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/leia909q

Vəzifə öhdəlikləri:

  • Təchizatçılar və İstehsalçılar ilə bütün kommersiya əlaqələri üçün tək bir əlaqə nöqtəsi olaraq IT satınalma tələbləri ilə məşğul olmaq
  • Bankın Siyasəti və prosedurlarına uyğun olaraq İT ilə əlaqəli RFx / tenderlər və digər təchizat proseslərini/metodlarını idarə etmək
  • İT sahəsi üçün təchizatçıların qiymətləndirmə və seçim proseslərini maraqlı tərəflərlə sıx koordinasiyada idarə etmək
  • Yüksək nəticələrin əldə olunması üçün səmərəli müqavilə KPI-ləri vasitəsilə IT ilə əlaqəli Müqavilələrini E2E idarə etmək və başa düşmək (Lisenziyalar Müqavilələri, İT Autsorsinq Müqavilələri, İT Xidmətləri Müqavilələri və s.)
  • İT bazarını başa düşmək və İT təchizatçılarının münasibətlərini idarə etmək. Təchizatçıların bankın qanuni tələblərinə, uyğunluğuna və etik qaydalarına riayət etməsini təmin etmək
  • Gündəlik satınalma fəaliyyətləri ilə əlaqədar daxili müştəriləri idarə etmək və onlarla məsləhətləşmək. IT spesifikasiyaların aydınlığını təmin etmək üçün daxili müştərilərlə əməkdaşlıq etmək
  • Bank tərəfindən qoyulan qənaət gözləntisini icra etmək
  • Satınalma siyasətinə uyğun olaraq bank daxilində satınalma fəaliyyətlərini təmin etmək
  • Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirmək

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Ali təhsil (hüquq, biznesin idarə edilməsi, logistika, təchizat sahəsi üzrə ali təhsil üstünlük hesab olunur).
  • IT satınalma sahəsində minimum 3 il iş təcrübəsi
  • CIPS sertifikatının mövcudluğu üstünlükdür
  • Azərbaycan, Rus və İngilis dillərinin biliyi (həm yazılı həm şifahi)
  • Microsoft Office-in mükəmməl səviyyəsi (MS Excel və MS Power Point), E-Procurement və satınalma üçün ERP proqramlarının biliyi;
  • Son istifadəçiyə qədər olan təchizat prossesini yaxşı bilmək.
  • Təşkilat üçün qənaətin əldə edilməsi məqsədilə güclü danışıq aparmaq bacarıqları
  • IT Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər)
  • Təchizatçı performansının idarəedilməsi və müştəri idarəedilməsində təcrübəsi
  • Problemləri həll edə bilmə bacarığı və prossesləri davamlı olaraq təkmilləşdirməyə yönümlü olmaq
  • Təcili məqamlarda reaksiya verə bilmək bacarığı
  • Komandada işləmə bacarığı
  • Böyük İT xidmət təminatçıları ilə işləmək / əməkdaşlıq etmək təcrübəsi – HP, Microsoft, Oracle, IBM və s.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “IT Satınalmalar üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı