Satınalma üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bona Dea International Hospital Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsini təmin etmək;
  • Müəssisənin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak etmək;
  • ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılmasını və  müvafiq formanın təsdiq etdirilməsini təmin etmək;
  • elektron satınalmalar portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsini təmin etmək;
  • zərurət yarandıqda ixtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanmasını və onlara dəvət məktublarının göndərilməsini təmin etmək;
  • dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
  • satınalma prosedurlarının nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsini və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılmasını təmin etmək;
  • satınalma prosedurlarının nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında  yerləşdirilməsini və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsini təmin etmək;
  • tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
  • satınalma müqavilələrini hazırlamaq, təsdiq etmək, müqaviləyə əlavə və dəyişiklikləri hazırlamaq, reyestri aparmaq,  müqavilələrin ləğv edilməsi və icrasına nəzarət etmək;
  • daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunu yoxlamaq;
  • Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq;

Vakansiya ilə bağlı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • 3 illik analoji iş təcrübəsi
  • dövlət satınalmalar haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
  • Ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • Səlis Azərbaycan dili, (İngilis və  rus dili bilikləri arzu olunandır);
  • MS Office proqramları üzrə biliklər ;
  • Sürücülük vəsiqəsi.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı