Satınalma üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLCSatınalma üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

“Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi “STP-AH MMC” (Metaləritmə)

Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.

Vəzifənin adı : Satınalma üzrə menecer

Özünə və peşəkarlığına güvənən, istehsalatın satınalma sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

  • Ali təhsilli;
  • Analoji sahədə ən azı 3/5 illik iş təcrübəsi olan;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir;
  • Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməlidir;
  • Planlama qabiliyyətinin (tələbin planlaşdırılması) olması;
  • Bazar araşdırılması və analiz edilməsi;

O cümlədən :

  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;
  • Kritik düşünmə və təhlil etmə bacarığına malik olmalı;

Hansı işləri görəcəksiniz :

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etməli;
  • Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləməli;
  • Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli;
  • Şirkətin tədarük zəncirini gücləndirən təyin olunmuş əmtəə strategiyalarını dəstəkləyir, danışıqlar aparır və həyata keçirir;
  • Potensial təchizatçıları araşdırır və məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli;
  • Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Əsasən 2 istiqamədə: inzibati işlər və istehsalat, zavod məhsulları üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət etməli;
  • Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli;
  • Ödəniş sorğularını həyata keçirməli, ödənişlərə nəzarət etməli;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s.

Nə əldə edəcəksiniz ?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə menecer” yazaraq cv@stp.az ünvanına göndərmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

550₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

14.05.2024 - Bakı

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı