Satınalma şöbəsinin rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1500-2000 AZN. Performance Center Co MMC Satınalma şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Rus dili bilgisi üstünlükdür.

İş barədə məlumat:

  • Beynəlxalq və xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması;
  • Satış planlamasına əsasən satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi iyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Daşıma şirkətləri, təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi;
  • Sifariş verilmiş avtomobillərin logistikasının təşkili ( daşıma şirkəti və istehsalçı zavod ilə əlaqənin qurulması, daşıma şərtlərinin razılaşdırılması, çıxma və son təyinat tarixinin müəyyənləşdirilməsi, məhsulun marşrut və cari statusuna, gömrük əməliyyatlarına nəzarətin təmin edilməsi.)
  • Qəbul olunmuş avtomobillərdə, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılmasında iştirak;
  • Beynəlxalq tədbirlərdə və sərgilərdə iştirak, şirkətin beynəlxalq görüşlərdə təmsil olunması.

Vəzifə ilə bağlı tələblər:

  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
  • Ali təhsil;
  • Planlama, analiz və idarəetmə bacarığı;
  • MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması;
  • Xarici ölkələrə ezamiyyələrə hazır olması;
  • Yaş həddi: 25-40.
  • Cinsi: kişi
  • Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.

Əlavə məlumat

  • Əmək haqqı: 1500-2000 AZN
  • İş saatı: 09:00 – 18:00, altıgünlük

CV-lərinizi hr@performance-center.az ünvanına “Satınalma şöbəsinin rəhbəri” başlığı ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı