Qısa məzmun
STP – AH MMC Satınalma şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bizim üçün ideal namizəd:
- Ali texniki təhsil;
- Müvafiq sahədə 2 – 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan rus və ingilis dillərini bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
Hansı işləri görəcəksiniz:
- Təchizat ehtiyaclarını proqnozlaşdırılması, proqnozlaşdırılan satınalma ilə işin icrası zamanı meydana çıxan fərqlərin araşdırılması və aradan qaldırılması;
- Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqlar və yazışmaların həyata keçirilməsi;
- Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Etibarlı tədarükçülər bazasının yaradılması və idarə edilməsi və yenilənməsi ;
- Satınalma prosesinin prosedurlara uyğun formada həyata keçirilməsi;
- Risklərin minimallaşdırması məqsədi ilə müqavilə şərtlərinin analizinin aparılması;
- Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
- Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malların, xammalın və ya xidmətlərin təchizatçılar ilə müzakirə edilməsi və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlərin görülməsi;
- Sənədləşmə işlərinin (təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması) həyata keçirilməsi.
- Tapşırıqların müəyyən edilmiş müddətlərdə görülməsi və s.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxssis” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xarici satınalmalar üzrə kordinator köməkçisi
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı anbardar
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...