Satınalma şöbəsinə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

STP – AH MMC Satınalma şöbəsinə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Analoji sahədə həmçinin istehsalat sahəsində ən azı 5 illik iş təcrübəsi olan;
  • Planlama qabiliyyətinin olması;
  • Bazar araşdırılması və analiz edilməsi;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;
  • Azərbaycan, rus və  ingilis dillərini yüksək səviyyədə həm şifahi, həm də yazılı bilməlidir;
  • Texniki biliklərin olması arzuolunandır;
  • Microsoft Office proqramlarını mükəmməl səviyyədə bilməlidir;

Hansı işləri görəcəksiniz:

  • Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq təşkil və icra etməli;
  • Bazar qiymətləri və ümumi iş fəaliyyətlərini izləməli;
  • Anbarda olan məhsulların izlənilməsinə nəzarət etməli;
  • Potensial təchizatçıları araşdırıb məhsullarını, qiymətlərini və xidmətlərini müqayisə etməli;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarə olunmasını həyata keçirməli;
  • Rəhbərliyə bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatının təqdim edilməsi və təsdiqinin alınması;
  • Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Əsasən 2 istiqamədə: inzibati işlər və istehsalat, zavod məhsulları  üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət etməli;
  • Satınalma prosesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirməli;
  • Ödəniş sorğularını həyata keçirməli, ödənişlərə nəzarət etməli;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması və s.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə  menecer” yazaraq 11.05.2022 iltarixinədək göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

550₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

14.05.2024 - Bakı

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı