Qısa məzmun
Ricon MMC Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Tikinti texnologiyasını bilməlidir.
Namizədə dair tələblər:
- Tikinti materiallarının alınması sahəsində ən azı 3 illik təcrübə
- Müvafiq sahədə bakalavr dərəcəsi
- Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində isə orta səviyyədə bilik
- Yüksək kompüter bacarıqları (MS Word, Excel, Outlook, Internet və digərləri)
- Yerli tikinti bazarının biliyi
- Sürücülük vəsiqəsi -B kateqoriya
Vəzifə öhdəlikləri:
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək.
- Tender sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlıq etmək.
- İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ Satınalma üzrə mütəxəssis” qeyd edərək, hr@ricon.az elektron ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...