Satınalma üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Qazax Sement Zavodu MMC Satınalma üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
• Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi

Namizədə dair tələblər:

  • Ali təhsilli olmalıdır,
  • Aidiyyatı sahə üzrə minimum 3 il iş təcrübəsi olmalıdır,
  • Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır,
  • Güclü kommunikasiya və prezentasiya bacarıqları olmalıdır,
  • Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir.

Əsas vəzifə öhdəlikləri:

  • Daxili və xarici bazarları araşdırmaq.
  • Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları aşkarlamaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək.
  • Zavod fəaliyyətlərinin idarə olunması üçün lazım olan mal və xidmətləri, prosedurlar daxilində alqı-satqı qaydalarına uyğun olaraq bazar fəaliyyətlərini izləyərək ən qısa müddətdə və lazımi keyfiyyətdə bazardan təmin etmək.
  • Bölmələr tərəfindən edilən tələbləri prosedurlara görə hazırlayıb təklif toplama mərhələsinə gətirməyi təmin etmək.
  • Bölmələrdən gələn xammal, qatqı, ehtiyyat hissəsi, sərfiyyat vasitlərini və xidmət tələblərini qiymətləndirmək və qısa müddət ərzində tədarüklərini təmin etmək.
  • Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin hazırlanması üçün bölmələrdən lazımi məlumatların toplanmasını və Satınalma Rəisinin tapşırıqları əsasında digər lazımı tədbirləri həyata keçirmək.
  • Daxili və xarici bazardan tədarük ediləcək mal və xidmətlərlə əlaqədar müqavilələrin hazırlanmasını təmin etmək.
  • Satınalma işlərini prosedura uyğun olaraq həyata keçirmək.
  • Satınalınan mal və xidmətlər üçün proseduralara uyğun olaraq lazımi koordinasyanı həyata keçirmək.
  • Satınalma əməliyyatını aidiyyatı prosedurlara uyğun olaraq hazırlamaq və sifariş olunan ləvazimatları nəzarətdə saxlamaq.
  • Satınalma hesabatlarının və sənədlərinin hazırlanmasını təmin etmək.
  • Satın alınan malın daşınması və sığorta əməliyyatlarını prosedurlar çərçivəsində həyata keçirmək.
  • Müəssisəyə mədaxil və məxaric edilən hər növ vəsaitin anbar girişləri və çıxışlarını sistemli şəkildə həyata keçirilməsini təmin etmək.
  • Satınalma fəaliyyətini, lazım gələrsə sərfiyat, anbar dəyərləndirilməsi, mədaxil və məxaric zamanı İnsan Sağlamlığı və Təhlükəsizliyi qaydalarına uyğun həyata keçirilməsi üçün işçiləri maarifləndirmək.
  • Satınalma malların məxarici, mədaxili və mühafizəsi zamanı Ətraf Mühitin çirklənməsinin qarşısının alınması üçün lazimi tədbirlərin görülməsi.
  • Vəzifəsinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.

Əsas təminatlar:

  • Nahar (Əgər zavod ərazisindəki hoteldə qalacaqsa gündə 3 dəfə yeməklə təmin olunur),
  • Aylıq mobil rabitə limiti ilə təmin olunur,
  • Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
  • İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.

E – mail : Hamza.Xocayev@qsz.az  . Mövzu hissəsində ” Satınalma üzrə baş mütəxəssis ” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı