Satınalma üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-800 AZN. Office Lines Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Təyin edilmiş anbar qalığı və sifarişlər əsasında təchizatçı sifarişlərinin yerləşdirilməsi və təqibi
  • Təyin olunmuş məhsullar üzrə təchizatçı bazasını genişləndirmək (məhsulun növündən və xüsusiyyətlərindən asılı olaraq hər kateqoriya üçün 2-3 təchizatçıdan ibarət baza yaratmaq; əgər belə sayda baza artıq mövcuddursa onun daha da genişləndirilməsinə çalışmaq)
  • Təchizatçı bazaları və onların qiymət cədvəllərini müntəzəm olaraq yeniləmək
  • Təchizatçılarla mütəmadi əlaqədə olmaq, ehtimal edilən/gözlənilən qiymət dəyişiklikləri barədə əvvəlcədən məlumatlı olmaq və buna uyğun müvafiq tədbirlər görmək/planlama aparmaq.
  • Öhdəliyində olan kateqoriyalar üzrə yeni məhsulların araşdırılması və alternativlərin tapılması. Müvafiq məlumatların satış şöbəsinə ətraflı şəkildə təqdim olunması
  • Öhdəliyində olan kateqoriyalar üzrə anbarda olan satılmayan və ya az satılan kateqoriyasına daxil olan məhsulların izlənməsi və müvafiq hesabatın şöbə müdirinə təqdim edilməsi
  • Araşdırılaraq tapılmış hər bir yeni məhsul barədə detallı məlumatlara malik olmaq, onun üstün və zəif tərəflərini bilmək, hazırda aktiv satdığımız məhsulla müqayisəli analizini aparmaq
  • Fəaliyyəti ilə bağlı dövri hesabatları hazırlamaq və birbaşa müdirinə təqdim etmək
  • Birbaşa müdirin əmək qanunvericiliyinə və əməkdaşı olduğu şöbənin vəzifəsinə uyğun digər tapşırıqlarını yerinə yetirmək

İşə dair tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə iş təcrübəsi
  • Analitik düşünmə və təhliletmə qabiliyyəti
  • Yazılı və şifahi ünsiyyət bacarıqları

Əmək haqqı və digər müavinətlər:

  • 600-800 AZN aylıq əmək haqqı
  • Rüblük bonuslar
  • Nahar təminatı, telefon və nəqliyyat xərclərinin qarşılanması

Maraqlanan şəxslər CV-lərini başlıqda “Jobsearch – Satınalma üzrə mütəxəssis” yazısını qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı