Satınalma mütəxəssisi (daxili bazar)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Lodos MMC Satınalma mütəxəssisi (daxili bazar) vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır.

VƏZİFƏ, SƏLAHİYYƏT VƏ MƏSULİYYƏTLƏR:

  • Layihə çərçivəsində tələb olunan materialları araşdırmaq
  • Məhsulların texniki xüsusiyyətlərini və istifadə təfərrüatlarını araşdırmaq
  • Təqdim olunan materiallar üçün qiymət almaq və bu istiqamətdə istifadə xərclərinin təhlilini etmək.
  • Müştərilərilərə material seçməkdə kömək etmək
  • Müştərilər tərəfindən seçilən materialların siyahısını yazmaq
  • Alınmasına qərar verilmiş materialı istifadəçiyə təhvil verilənə qədər əlaqə qurmaq və lazımi ünsiyyəti həyata keçirmək
  • İstifadəyə qəbul edilən və istifadə edilməməsi lazım olan materialları qeyd edərək tikinti qrupuna məlumat vermək
  • İstifadə zamanı yarana biləcək problemləri səlahiyyətlilərə bildirmək, problemi mümkün qədər tez həll etmək

VƏZİFƏ PROFİLİ:

  • Alüminium fasad materialları satın alma sahəsində ən azı 3 illik təcrübəyə sahib olmaq və insanlarla münasibət qurmaqda uğurlu olmaq
  • Azərbaycan, Rus, İngilis, Türk dillərini yaxşı bilmək
  • Ümumi kompyuter biliklərinə sahib olmaq, əməliyyat sistemi və Office proqramlarına hakim olmaq
  • Azərbaycanın daxili bazar təchizatçısına və məhsullarına üstünlük vermək

DİGƏR TƏLƏB VƏ ŞƏRTLƏR:

  • Yaş həddi 25-40
  • Əmək haqqı təhsil, iş stajı, iş bacarığı,və s.nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur;
  • İş rejimi həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat), şənbə yarım gün

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini info@lodos.az elektron ünvanına mövzu yerinə ”Satınalma Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəsis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəsis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı