Qısa məzmun
Leading Supply Solutions LLC Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Mədaxil olunan sorğuların incələnməsi, təhlili və tələbnamə üçün hazırlanması;
- Satıcı / subpodratçı / tədarükçülərin qısa siyahılarının hazırlanması;
- Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
- Tədarükçülərin və bazarların təhlilinin aparılması;
- Məhsulların vaxtında çatdırılması və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
- Müştəri tərəfindən təsdiq edilmiş PO-ların yenidən yoxlanması, dəyişikliklər olduğu halda Satış nümayəndəsinə xəbər verilməsi və tələbin icrasının həyata keçirilməsi;
- Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
- Qaimə-fakturanın və hesab-fakturanın tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
- Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
- Sorğu icra olunandan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması;
- Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə nəzarət edilməsi;
- Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
- Satınalmalar üzrə hesabatların hazırlanması.
Namizədlərdən tələblər:
- MEP, HVAC, kimyəvi maddələr, dəmir kategoriyaları üzrə bilik
- Ən azı bakalavr səviyyəsində İqtisadi və ya texniki təhsil
- 1-2 xarici dil biliyi (İngilis dili mütləq)
- İnternet araşdırmaların səlistliyi
- Daxili bazar biliyi
- ERP sistemlərdən istifadə biliyi
- CİPS sertifikatlaşma (və ya digər Təchizat və Logistika üzrə sertifikatlaşmalar)
- Satınalma və Logistika təlimləri
- Ünsiyyətli, çevik, adaptiv olmağı
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hisssəsində “Satınalma mütəxəssisi” yazıb e-mail ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...