Qısa məzmun
Az – Granata LLC Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Portfelində olan şirkətlərin satınalma fəaliyyətini yoxlamaq və alışlara nəzarət etmək;
- Alışların aylıq analizləri, onların hesabat formasının hazırlanması və təqdimatı;
- Lazımi materialları/xidmətləri daxili bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək;
- Loqistikanın təşkili üçün şirkətlərə dəstək olmaq və qiymətini araşdırmaq;
- Mallar üzrə texniki məlumat vermək və qiymət araşdırmasını aparmaq;
- Tədarükçülərlə müqavilələrin bağlanmasına portfelindəki olan şirkətlərə dəstək olmaq;
- Müqavilənin icrasına aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək;
- Davamlı və başa çatdırılmış işlər barədə vaxtaşırı hesabatlar hazırlamaq;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatlar vermək;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə, tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək.
Namizədə tələblər:
- Maliyyə, təchizat, logistika üzrə ali təhsil;
- Kompüter bacarıqları: MS Office proqramları (Excel,Word, Outlook proqramlarını yaxşı bilməli);
- Əlaqəli sahədə 6 aydan 2 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilində rəsmi danışıq və yazışma qabiliyyəti;
- Sürücülük vəsiqəsinin mövcudluğu və mexanika sürət qutusu olan avtomobili idarə edə bilmək əsas şərtlərdən biridir.
Digər məlumatlar:
- 5 günlük iş qrafiki (şənbə və bazar günləri istirahətdir);
- Əmək haqqı: 500-600 Azn aralığındadır.
Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerində “Satınalma mütəxəssisi” yazmaqla ünvanına göndərə bilərlər. Əks halda müraciətiniz nəzərdən qaça bilər.
Oxşar vakansiya siyahısı:
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...