Qısa məzmun
Caspian Engineering Solutions MMC şirkəti Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 09.00 –dan 18.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
Tələblər:
- Xanım namizəd;
- Ali təhsil;
- Ən azı 2 illik təchizat sahəsində iş təcrübəsi;
- Microsoft Office proqramlarından istifadə (istifadəçi səviyyəsində);
- Azərbaycan və rus dilini səlis bilməli, inglis dili biliyi üstünlükdür;
- Səlis danışıq qabiliyyəti;
- İntizamlılıq;
- İdarəetmə sistemləri barədə məlumatlılıq (İSO 9001:2015, İSO 45001:2018, İSO 14001:2015).
Bilik və bacarıqları:
- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma sifarişi və satınalma tələbinin hazırlanması əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Tədarükçülərin araşdırılması, əlaqələrin yaradılması;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Sifarişlərin yerləşdirilməsi və icrasına nəzarət;
- Tədarükçülərlə danışıqların aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Müqavilənin icraçı uçotunun aparılması və nəzarətdə saxlanılması;
- Malların qeydiyyatının aparılması;
- Təsdiqli tədarükçü siyahısınını hazılanması və yenilənməsi.
Vakansiyaya müraciət etmək istəyən şəxslər öz cv-lərini mövzu hissəsində “Satınalma mütəxəssisi” yazıb e-mail ünvanlarına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xarici satınalmalar üzrə kordinator köməkçisi
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...