Satınalma meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800 AZN. Medeks LLC Satınalma meneceri vəzifəsi üzrə vakansiya elan edir. Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalıdır.

Medeks MMC 2006-ci ildən bəri Bakıda tibbi və kosmetologiya sahəsində fəaliyyət göstərən Tibbi şirkət olaraq yaradılmışdır. Şirkət, fəaliyyət müddəti ərzində bu günə qədər 40-dan çox tibbi layihələr təqdim edərək həyata keçirmişdir. Hal-hazırda da Azərbaycan bazarında tibbi avadanlıq, sərfiyyat malları, kosmetoloji və implant məhsullarının satışı üzrə seçilən şirkətlərdəndir. Medeks MMC həmçinin layihələr üçün layihələndirici, dizayn, konsaltinq və texniki xidmətlər göstərməkdədir.

Tələblər:

  • Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
  • Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
  • Problemi sərbəst həll etmə qabiliyyətinin olması
  • Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
  • Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
  • Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
  • İş təcrübəsinin olması vacib deyil, iş öyrədilir
  • Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
  • Yaş: 24-35
  • Kompyuter biliyi (Word, Excel, Power point,Outlook)
  • Dil bilikləri – Azərbaycan, Rus dillərini sərbəst, Ingilis dilini yaxşı səviyyədə bilməli

Vəzifələr:

  • Satınalma üzrə tapşırıqların yerinə yetirilməsi
  • Mövcud müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
  • Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
  • Satış məqsədilə təqdimatların keçirilməsi
  • Müştərilərlə ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
  • Mövcud bazarın və rəqiblərin analizi
  • Bazarın tələbinə uyğun təkliflərin formalaşdırılması
  • Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
  • Aylıq hesabat vermək

İş şəraiti:

  • AR Əmək məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki-5 günlük
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı 800 manat (iş qabiliyyətindən asılı olaraq artacaq)

Vakansiyaya uyğun namizədlər öz CV-lərini office@medeks.az elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.

Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı