Qısa məzmun
Debet Safety Satınalma üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə olmalıdır.
Vəzifə üzrə tələblər:
- Biznes fəaliyyəti üçün lazım olan mal və materialların təyin edilməsi və alınmasına nəzarət edilməsiI;
- Alınmış mal və materialların yük daşıyan (nəqliyyatçı) şirkətə verilməsinin nəzarətdə saxlanılması;
- Alınmış mal və materialların sənədlərinin yoxlanılması;
- Malsatan şirkətlərlə işgüzar münasibətlərin qurulması, qiymət danışıqlarının aparılması;
- Bazarda olan yeni mallar və malsatan şirkətlər haqqında məlumatların toplanması, onların təhlil edilməsi və qiymətləndirilməsi;
- Yeni mal və materialların alınması, onlara nomenklaturanın verilməsinin təmin edilməsi;
- Malsatan şirkətlərin göstərdikləri xidmətin, satdıqları mal və materialların keyfiyyətinin qiymətləndirilməsi, etibarlı malsatan şirkətlərin müəyyənləşdirilməsi və onların siyahısının tutulması;
- Anbarında olan mal və materialların miqdarının təhlil olunması, çatışmayan və ya sayı azalan mal və materialların müəyyənləşdirilmə.
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə 5 il iş təcrübəsi;
- Dil bilikləri : Azərbaycan, İngilis , Rus dillərində sərbəst danışmaq ve işgüzar yazışmanı aparmaq;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C)
İş şəraiti:
- Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur;
- 5 günlük iş həftəsi ( 08:00 – 17:00)
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilmə;
- Korporativ nömrə şirkət tərəfindən təşkil olunur.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq
Vakansiyaya müraciət üçün CV-nizi “Satınalma üzrə aparıcı mütəxəssiss” mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...