Qısa məzmun
ArchiCO MMC Satınalma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Satınalma planının hazırlanması;
- Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi;
- Təchizatçıların və xidmət təminatçılarının Əsas Siyahılarının hazırlanması və təchizatçı məlumat bazasını təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
- Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
- Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması;
- Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlilinin (müqayisəli təhlil) aparılması, müqayisəni əks etdirən sənədin yaradılması;
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanılması və Müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi.
Vəzifə ilə bağlı tələblər:
- İnşaat materiallarını tanıması, inşaat layihələrini oxumaq bacarığının olması;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
- MS Office (MS Word, MS Excel) üzrə mükəmməl biliyin olması;
- Xarici ölkələrə ezamiyyələrə hazır olması;
- Ümumi inşaat biliklərinin olması;
- Müvafiq sahədə azı 3 ( üç ) il iş təcrübəsinin olması;
Əlavə məlumat: Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.
CV-lərinizi ” Satınalma mütəxəssisi ” başlığı ilə göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Xarici satınalmalar üzrə kordinator köməkçisi
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Anbardar
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
Təchizat bölməsinin kiçik mütəxəssis
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...