Satınalma üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar və Servis Şirkət tərəfindən təmin olunur.

“A+CO” ASC şirkəti “Satınalma üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

  • Müvafiq sahədə Ali təhsil;
  • Minimum 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri: Rus dili mükəmməl, İngilis dili yaxşı səviyyədə olmalıdır ;
  • İrəli səviyyədə MS Office proqram bilikləri;
  • Yaxşı yazı və ünsiyyət, vaxtın idarə edilməsi bacarıqları;
  • Xarici ölkələrə ezam gedilməsinə açıq olmalı;

Vəzifə öhdəlikləri:

  • Sifarişlərin təşkili və idarə edilməsi;
  • Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
  • Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtında satınalınmasının təmin edilməsi;
  • Satınalama əməliyyatlarının analizinin həyata keçirilməsi: müqavilə şərtlərinin uyğunluğunun yoxlanılması, təqdim olunan malların, işlərin və xidmətlərin razılaşdırılmış şərtlərə əsasən icra olunmasının izlənilməsi.
  • Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görmək;
  • Alternativ tədarükçülərin axtarışını və tenderlərin keçirilməsini təşkil etmək;
  • Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
  • İllik, aylıq satınalma datalarını analiz etmək və hesabatların rəhbərliyə təqdim olunmasını təmin emtək;
  • Xammal və digər malların satınalma və logistika prossesinə nəzarət etmək, aidiyyatı şöbələrlə işbirliyi aparmaq.
  • Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi;
  • Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;
  • Həvalə olunmuş digər aidiyyatı işlərin düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar Şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizdəin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə ” Satınalma üzrə mütəxəssis ” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəsis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəsis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı