Qısa məzmun
Ə/h 400-600 AZN. AEM ELEKTRON Kassir – satıcı vəzifəsi üzrə vakansiya elan edir. Kassir vəzifəsində iş təcrübəsi olmalıdır.
İş barədə məlumat:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatları həyata keçirtmək
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
- Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləmək, nəzarətdə saxlamaq və hesabatını aparmaq
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
- İş saatları – 09:00-dan 19:00-dək, Istirahət günləri – həftə içi 1 gün
- Nahar şirkət tərəfindən verilir
- Şirkət tərəfindən göndərilən treyninq və kurslarda iştirak etmək imkanı
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir
Namizədə tələblər:
- 1C proqramında işləmək bacarığı
- Kassir vəzifəsində iş təcrübəsi
- Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklər
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək
- Müştərilərlə işləmək bacarığı, müştəri yönümlü olmaq
- Ünsiyyətcil, məsuliyyətli, işə ciddi yanaşan
- Kompüter və ofis avadanlıqlarından istifadə
- Təhsil: Orta ixtisas/Ali təhsil
- İşində dəqiq, məsuliyyətli və dürüst olmaq
- Azərbaycan dili (əla), rus dilini bilməsi arzuolunandır
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini hr@aem-elektron.az elektron poçt ünvanına göndərə bilərlər.
“Subject” qismində müraciət edilən vakansiyanın adının qeyd olunması mütləqdir.
Oxşar vakansiya siyahısı:
Satış meneceri
Uragan-Group Satış menceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Korporativ satış meneceri
Mətanət A Şirkətlər Qrupu Korporativ satış meneceri vəzfifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi- Fasad cəbhə sistemləri üzrə vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış təmsilçisi
Mətanət A Şirkətlər Qrupu Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...