Qısa məzmun
SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir.
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefonların aksesuar və Ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə: Kiçik satıcı/kuryer
İş yeri: Binə qəsəbəsi
İş barədə məlumat:
- Mağazada keyfiyyətli müştəri xidmətini və satışı həyata keçirmək;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Məhsulların ünvana çatdırılmasını həyata keçirmək;
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Karyera yüksəlişi imkanı
Namizədə tələblər:
- Səliqəli görünüş;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Kollektiv ilə işləmə bacarığı;
- Satış və müştərilərə xidmət bacarığı;
- Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur;
- İşində məsuliyyətli;
- Yaş:18-40 yaş
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu bölməsində vəzifə adını – “Kiçik Satıcı/kuryer” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Требуемый опыт работы: 3–6 лет Полная занятость, полный день Обязанности: Выполнение плана п ...
Camal LTD Region satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
BrandMart QSC (DeFacto) Satıcı-konsultant vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bonamed MMC şirkəti Estetik və Kosmetoloji cihazlarının satışı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...