Satıcı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Özsüt Azərbaycan Satıcı vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

“Özsüt” restoranlar şəbəkəsinə məxsus “Lavinia” şirniyyat mağazasına satıcı tələb olunur:

  • Müştəriləri gülərüzlə qarşılamaq, mağazada olan məhsullar, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək
  • Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək
  • Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq, məhsullar üzrə məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək
  • Məhsulların saxlanma və yerləşdirmə qaydalarına əsasən vitrinə yığmaq
  • Şirkətin satış strategiyasına uyğun satış prosesini icra etmək
  • Kassir olmadıqda kassa əməliyyatlarını icra etmək
  • Mağaza daxilində təmizliyə, səliqəyə diqqət göstərmək
  • İş qrafiki: növbəli qrafik əsasında
  • Nahar şirkət tərəfindən ödənilir
  • Əmək haqqı: 350-400 AZN

Namizədə tələblər:

  • Müştəri ilə münasibətdə gülərüz və ünsiyyətcil olmalı
  • Satış bacarıqları olmalı
  • Çevik, aktiv və diqqətli olmalı
  • Təmizliyə, səliqəyə və gigenik qaydalara xüsusi riayət etməli
  • Fiziki olaraq sağlamlığı iş funksiyasına uyğun olmalı
  • Hərəkətli iş rejimində işləməyi bacarmalı
  • Rus dili biliyi arzuolunandır
  • Yaş: 20-30

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@ozsut.az elektron ünvanına göndərmələri xahiş olunur.
*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...