SAP ABAP Developer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Caspian Innovation Center ABAP Developer vəzifəsi üzrə vakansiya elan edir.

ABAP nədir?

ABAP SAP tərəfindən yaradılmış proqramlaşdırma dilidir və nəhəng korporasiyalara SAP ERP-ni tətbiq edilməsində kömək edir. ABAP maliyyə funksiyaları, insan resurları, materialların idarə edilməsi, aktivlərin idarə edilməsi və SAP-ın  digər modulları üçün tənzimləmə prosesslərində kömək edir.

Vəzifə öhdəlikləri:

  • Birbaşa nəzarət altında tətbiqi proqramlarının spesifikasiyalar üzrə təkmilləşdirilməsini təmin etmək;
  • Sistemin produktiv səviyyəyə çatdırmaq üçün ətraflı planların və dəqiq hesablamaların hazırlanmasını təmin etmək;
  • Layihənin sınaqdan keçirilməsi və həyata keçirilməsi mərhələlərində iştirak etmək;
  • Biznes funksiyaların tələblərinə uyğun olaraq kod tərtib etmək və texniki sənədləri hazırlamaq;
  • Proqramları test etmək və tələb olduqda debug etmək;
  • Mürəkkəb funksiyalar üçün testlər həyata keçirmək, sistemləri, inteqrasiyaları və test alətlərini dizayn etmək, kodları tərtib etmək və texniki sənədləri hazırlamaq;
  • Texniki arxitektura monitorinqi də daxil olmaqla, inteqrasiya sistemi fəaliyyətlərinin (miqyaslılıq, əlçatanlıq və arxivləşdirmə kimi) bütün SLA-lara uyğunluğunun yoxlanılması;
  • SAP-də inteqrasiya fəaliyyətləri üçün performans tənzimləmə fəaliyyətlərini həyata keçirmək;
  • Müştərilərə keyfiyyətli xidmətin təmin edilməsi məqsədilə proqram təminatların və interfeyslərin təyin edildiyi kimi dəstəklənməsi və fasiləsiz işləməsinə cavabdeh olmaq;
  • Sistemdə yaranan problemləri aradan qaldırmaq;

Bilik və bacarıqlar:

  • Kompüter elmləri və ya müvafiq sahədə ali təhsil;
  • OOP prinsipləri üzrə biliklər (mütləqdir);
  • PL/SQL üzrə biliklər (mütləqdir);
  • Javascript üzrə biliklər (üstünlükdür);
  • ABAP üzrə biliklər (üstünlükdür);
  • RAP, CDS, FIORI, UI5 üzrə biliklər (üstünlükdür);
  • Texniki sənədlərin ingilis və rus dillərində oxunması və başa düşülməsi;
  • İşi prioritetləşdirmə və idarə etmə bacarıqları;
  • Daxili və xarici komanda üzvləri ilə qarşılıqlı əlaqə qurmaq bacarığı.

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə 20.05.2023-cü il tarixinədək CV-nizi göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı