Qısa məzmun
Courtyard by Marriott Baku Santexnik (Plumber) vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət: “Baku Vinter Park Hotel Company MMC” LLC
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Son tarix: 23.08.2024
Vəzifə öhdəlikləri:
- Boru muftalarından, qısqaclardan, vintlərdən, bağlayıcı sürgülərdən, sementdən, plastik əşyalar üçün məhlul qarışığından, suvaqlama, lehimləmə və qaynaqlama avadanlıqlarından istifadə edərək boruların, boru kəmərlərinin və avadanlıq hissələrinin quraşdırılması.
- Boruların və ya santexnika qurğularının su və ya hava ilə doldurulması və sızmaları aşkarlamaq üçün sayğacların yoxlanılması
- Fəaliyyət üzrə məlumat və proseduraları müəyyənləşdirmək üçün sxematik plan, bina kodları və texniki tələblərin yoxlanılması.
- Fəaliyyət üzrə xərclər smetasının yazılı surətdə hazırlanması və müqavilələr ilə bağlı danışıqların aparılması.
- Material və ləvazimat tələbatlarının qiymətləndirilməsi, boruların quraşdırılması ardıcıllığının yaradılması, eləcə də elektrik naqilləri kimi baryerlərin ətrafında boruların quraşdırılmasının planlaşdırılması məqsədilə, layihələrin tədqiq olunması və strukturların yoxlanılması.
- Tapşırıqların qeydiyyatının aparılması və müfəssəl fəaliyyət hesabatlarının hazırlanması.
- Kompleks hesablamaların aparılması, eləcə də xüsusi və ya genişmiqyaslı tapşırıqların planlaşdırılması.
- Boru kəsici avadanlıqlar, yiv açan və əymə dəzgahlar kimi əl və elektrik avadanlıq və dəzgahlardan istifadə edərək, boruların ölçülməsi, kəsilməsi, borularda yivlərin açılması, eləcə də onların istənilən bucaq altında əyilməsi.
- Əl və elektrik alətlərindən istifadə etməklə, boru və boru ləvazimatlarının yerləşdirilməsi üçün dəliklərin açılması.
- Boruları bir yerdə saxlamaq üçün tavan tirlərindən metal dirəklərin asılması.
- Su kəməri sistemi üzrə texniki xidmətin təşkili, nöqsan aşkarlanmış yuyucu aparatların digəri ilə əvəz edilməsi, zədələnmiş boruların digəri ilə əvəz edilməsi və ya təmir olunması, eləcə də tıxanmış drenaj sisteminin açılması.
- Boruların kəsilməsi, su kəməri sistemlərinin əvvəlcədən bir araya toplanması və quraşdırılması əməliyyatlarında işçilərin yönləndirilməsi.
- Kanalizasiya və su kəmərləri sistemlərinin quraşdırılması və sanitar-texniki armaturların bu sistemlərə bərkidilməsi üçün boruların genişləndirilməsi.
- Təmir zamanı tullantıların zərərsizləşdirilməsi.
- Xəstəxanalarda oksigen və tibbi qazın təmin olunması.
- Spesifik texnikadan, avadanlıqlardan və ya materiallardan, o cümlədən kiçik borular üzrə avtomatlaşdırılmış qaynaq üsulundan istifadə olunması, eləcə də mikrosxem konstruksiyalarda istifadə olunan xüsusi boru kəmərləri ilə işləmək.
Namizədə olan tələblər:
- Bu sahə üzrə 1-2 il iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, İngilis dilini bilənlərə üstünlük verilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Santexnik” və ya “Plumber” qeyd edərək CV-lərini elektron ünvanına 23.08.2024-dək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Oxşar vakansiya siyahısı:
AccessBank Xadimə (Səbail filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Green City Hostes vəzifəsi üzrə vakansiya elan edir. ...
Green City Pizzamen (Pizza ustası) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Aşpaz köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...