Sahə ustası
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Veysəloğlu Yaycılı Qardaşlar Sahə ustası vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə və öhdəliklər:

  • İstehsalat tapşırıqlarının ( iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək
  • İstehsalat uçotunun düzgün aparılması , xammal və köməkçi materialarının qalıqlarının düzgün verilməsi
  • Hazır məhsulların depoya şirkətin müəyyən etdiyi qayda və prosedurlara əsasən təhvil-təslim edilməsini həyata keçirmək
  • Avadanlığın arası kəsilmədən tam gücü ilə işləməsinə, istehsalın vaxtı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vasitələrin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirmək
  • Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapmaq və təşkil etmək
  • İstehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun ( iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil etmək, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak etmək
  • Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunun aparılması
  • Əməkdaşlar tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etmək
  • Gündəlik planların tam yerinə yetirilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 1 ildən çox iş təcrübəsi;
  • Liderlik keyfiyyətlərinə sahib olmalı;
  • İşinə məsuliyyətli, intizamlı olmalı;
  • Rus dilində ünsiyyət bacarığı

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Növbəli (gecə/gündüz)
  • Yemək və servis təminatı
  • Əmək haqqı: 800 – 1000 manat (namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır)

Namizədlər öz CV-lərini emailin mövzu hissəsində ” Sahə ustası ” qeyd edərək e-ünvanına 15.09.2022 -ci il tarixinədək göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı