Sahə rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Karvan – L Sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir.

İş haqqında:

  • Sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
  • İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək.
  • Sahənin istehsalat fəaliyyəti haqqında planlaşdırma, uçot və hesabatın tərtibini təşkil edir.
    nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara sifarişləri tərtib edir və onların yerinə yetirilməsinə nəzarət edir.
  • İş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir. Müqavilə əsasında sahənin obyektlərində işləyən subpodrat təşkilatların, xüsusi işlərin istehsalı üçün, yardımçı bina, enerji təchizat, yerli tikinti materiallarla və s. ilə təmin edir, onların fəaliyyətini əlaqələndirir və onlardan icra olunan işləri qəbul edir.
  • Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, rəhbərliyə bildirmək. Göstərilən iş proqramına uyğun olaraq, təfsilatlı iş proqramı hazırlamaq.
  • Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək.
  • Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək.
  • Təhlükəsizlik texnikası üzrə nəzarətedici orqanların göstərişlərinin yerinə yetirilməsini təşkil edir. Aidiyyatı orqanlara istehsalat zədələnmələri barədə vaxtlı-vaxtında məlumat verir, müəyyən olunmuş qaydada onları araşdırır. İtsehsalat zədələnmələrinə yol
  • rməmək məqsədilə tədbirlərin işlənib hazırlanmasında iştirak edir, onların vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət edir.
  • Çalışdığı sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək.
  • Tərtib edilmiş layihələri yoxlayaraq, şüşə emalı sahəsinin işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq.
  • Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək.
  • İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq, işin görülməsinin təmin edilməsi.
  • Sahədə və ya obyektdə istehsal təsərrüfat fəaliyyətini müəyyən edən metodiki, normativ və başqa göstərici materialları;

Namizədə tələblər

  • Təhsil – Ali
  • Cinsi: Kişi
  • Yaş: 30-50
  • Bu sahəsində təhsil və ən azı 5-10 il iş təcrübəsi
  • Operativ və nizam-intizamlı olmaq
  • Məsuliyyətli və komandada işləmək bacarığı.
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Dil bilikləri – Azərbaycan, Rus
  • Office programlarında sərbəst işləmək bacarığı;

İş qrafiki:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • İş günləri: Həftənin 6 günü, şənbə qısaldılmış iş günü
  • İstirahət bazar günü.
  • Nahar şirkət tərəfindən verilir.
  • Telefon nömrəsi ilə təmin edilir.
  • Ünvan: Bakı şəh. Babək pr.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Sahə rəisi” yazaraq hr@karvanl.com ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verməyən namizədlərin CV-nə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı