Qısa məzmun
Global Interirors Group LLC Sənədlər üzrə nəzarətçi/Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tikinti, quraşdırma və təmir işlərinin verilən layihə tələblərinə və inşaat normalarına riayət etməklə vaxtında və keyfiyyətlə bitirilməsini təşkil etmək;
- İnşaat layihəsi üzrə icra olunan işlərə mütəmadi baxış keçirmək, görülən işlərin lazımi standardlara uyğun olduğunu yoxlamaq və işlərin keyfiyyətlə yerinə
- yetirilməsini təmin etmək;
- Qanunvericiliyin tələblərinə uyğun texniki sənədləri tərtib etmək və lazım olan hesabatları təqdim etmək;
- Tabeliyində olan işçilərin kargüzarlıq işlərinin şirkətin və qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin edir;
- İnşaat layihəsinin icrası müddətində yaranan problemləri həll etmək, bu barədə şirkətin əlaqədar məsul şəxslərini və rəhbərliyi məlumatlandırmaq;
- Tamamlanmış işlərin təhvili prosesini təşkil etmək.
Namizəddən gözləntilər:
- Təhsil: inşaat mühəndisliyi üzrə ali təhsil
- İş təcrübəsi: tikinti sahəsində sahə rəisi üzrə 3-4 il
- Biliklər: inşaat prosesinin təşkili və texnologiyası, tikilən obyektlərin layihə-smeta sənədləşmələri, tikinti-quraşdırma işlərinin icrasına və qəbuluna aid texniki
- şərtləri, norma və qaydalar, icra olunan işlər üzrə vahid norma və qiymətlər haqqında biliklər
- Tələblərə uyğun gələn namizədlər recruitment@gig.az email ünvanına cv göndərərək və verilən vəzifənin adını qeyd edərək müraciət edə bilərlər.