Qısa məzmun
Ə/h razılaşma yolu ilə.North West Construction Sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi olmalıdır.
İşin təsviri:
- İşlərin 4 həftəlik gələcək proqramının işlənməsi;
- Layihələr üzrə lazımi sənədləşməni aparılması;
- Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
- Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
- Layihə təşkilatları ilə razılaşdırılmış layihə-smeta sənədlərinin işlənməsi və təhvil verilməsi qrafikinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir, Layihə-smeta sənədlərinin razılaşdırılmasında və təsdiqində, həmçinin ekspertizanın və podratçı təşkilatların iradlarının əsasında, dəyişikliklərin ona əlavə edilməsinin, qəbul olunmuş qaydada təşkilində iştirak edir
- Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
- Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
- Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
- Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
- Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
- İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
Tələblər:
- Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Microsoft ofice, Word, Excell, AutoCad bilikləri;
Namizədlərdən CV-ni “Sahə mühəndisi” mövzusu ilə cv@nwconstruction.com və hr@nwconstruction.com elektron poçtlarına göndərməklərini xahiş olunur.