Sahə Müfəttişi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. TBA Agency Sahə Müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. Araşdırma agentliklərində təcrübə arzuolunandır.

Şirvan, İmişli, Saatlı, Sabirabad, Beyləqan, Hacıqabul, Cəlilabad şəhərlərində təftiş işlərini həyata keçirəcək Sahə Müfəttişi vəzifəsinə namizədləri işə götürürük. Namizədlərin bu şəhərlərdən birində yaşaması tələb olunur. Bu vəzifə daimi xarakter daşıyır.

Əsas məsuliyyətlər:

  • İş qrafiki: İş günləri Bazarertəsi – Cümə olmaqla 5 gün, iş saatları 9:00 – 18:00 olmaqla gündə 9 saat
  • Audit proyektinə təyin olunmaq və öncədən müəyyən edilmiş sahə üzrə audit yoxlamalarını həyata keçirtmək
  • Öncədən təyin edilmiş marşrutlarda gündəlik sahə yoxlamalarının aparılmasını təmin etmək
  • Mobil tətbiq üzərindən effektiv və dəqiq şəkildə məlumatların toplanması və hesabat olunmasını təmin etmək
  • Yeni layihələri və mövcud layihələrin audit keyfiyyətinin artırılması üçün təşkil olunan həftəlik/aylıq komanda görüşlərində aktiv iştirak etmək
  • Sahədəki yoxlamalar zamanı yaşanan hər hansı uyğunsuzluq barədə Sahə Əməliyyatları Menecerinə hesabat vermək
  • Sahə Əməliyyatları Meneceri tərəfindən verilmiş hər hansı digər audit tapşırıqlarını yerinə yetirmək

Tələblər:

  • Təhsil: Universitet təhsili arzuolunandır
  • Peşəkar təcrübə: Araşdırma agentliklərində təcrübə arzuolunandır
  • Dil bacarıqları: Azərbaycan səlis, Rus dili arzuolunandır
  • Kompüter biliyi: Texnologiya bacarıqları arzuolunandır, çünki hesabatlar tam şəkildə mobil tətbiq üzərindən həyata keçirilir
  • Digər: Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması tələb olunur
  • Şəxsi keyfiyyətlər: Əla danışıq ünsiyyəti, sürətli öyrənən, nizam-intizamlı, enerjili, detallara diqqətcil, dəqiq və komanda ruhlu
  • Əmək haqqı və digər üstünlüklər
  • Ortalama əmək haqqı: 450-550 AZN
  • Tansport: Rut bölgüsünə əsasən təyin edilir və əmək haqqından əlavə ödənili
  • Mobil xərclər: Planşetdəki şirkət nömrəsi üçün ödənilir

Yuxarıdakı iş elanı ilə maraqlanırsınızsa, CV-nizi aşağıdakı email adresinə “Sahə Müfəttişi” başlığı ilə göndərməyinizi xahiş edirik.

Email: office@agencytba.com

Əlaqəli şəxs: Təbriz İlyasoğlu
Əlaqə nömrəsi: (+994) 77 501 41 91

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı

Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

19.03.2024 - Bakı