Qısa məzmun
Terrace Park Bakixanov Sahə Elektriki vəzifəsi üzrə vakansiya elan edir.
Terrace Park Bakixanov yaşayış kompleksi “Sahə Elektriki” vəzifəsinə işə qəbul elan edir.
Vəzifə və öhdəliklər:
- Elektrik qurğularının, avadanlıqlarının, mexanizmlərinin texniki vəziyyətinin daim yoxlanılması, aşkar olunan xırda nasazlıqların operativ surətdə aradan qaldırılması;
- İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin edilməsi;
- İstifadəsinə verilmiş inventara texniki xidmətin göstərilməsi;
- Perodik plan əsasında texniki baxışların aparılması.
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Elektrik işləri sahəsində 3 il iş təcrübəsi;
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilməli;
- Elektrik sxemlərini oxumaq bacarığı;
- Yüksək gərginlikdəki avadanlıqlarla işləmə bacarığı;
- Elektrik materialları və aksessuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq
- Elektrik avadanlığında işləmək üçün elektrik buraxılış vəsiqəsi.
Əmək haqqı: 800 AZN
Namizədlər CV-lərini leyla.mammadzadeh@srgroupco.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sahə Elektriki” şəklində göstərməyiniz xahiş olunur.