Sahə rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Yerli şirkətlərdən birinə Sahə rəisi tələb olunur

İş qrafiki: 5 günlük

Sahə rəisi vəzifəsinin profilinə aşağıdakılar daxildir:

  • Ali təhsil;
  • İxtisas sertifikatı;
  • Sahə üzrə 3 il iş təcrübəsi.

Bilməlidir:

  • Sahə ilə bağlı normativ sənədləri;
  • Əmək bölgüsü qaydalarını;
  • Təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Davranış bacarıqları:

  • Məsuliyyət;
  • Heyətin idarə edilməsi;
  • İşi təqib etmə;
  • Detallara diqqət.

Əsas vəzifə və öhdəliklər:

  • Yükləmə və yükboşaltma sahəsinin fəaliyyətinə rəhbərlik edir;
  • Norma və qaydalara, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir;
  • İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırılmasını təmin edir və müvafiq jurnalda qeydiyyat aparır;
  • Görülən işlər haqqında struktur rəhbərinə gündəlik məlumatlar verir;
  • Hər əməliyyata uyğun yükləmə və yükboşaltma planı hazırlanmasında iştirak edir və ya hazırlayır;
  • Yükləmə və yükboşaltma və yardımçı işlərin texnoloji plana, əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatına, yanğından mühafizə qaydalarına müvafiq təşkil edir;
  • Müntəzəm olaraq Limanın anbar işçiləri və dispetçerlərindən məlumat alır;
  • Növbə, yük planı, yükləmə və yükboşaltma əməliyyatları, sahədəki qalıq yüklər barəsində tam məlumat toplayır və rəhbərliyə hesabat verir;
  • Naryad-tapşırıq cədvəllərini təsdiqləyir, iş bölgüsünü həyata keçir;
  • Briqadalar üzrə işçi heyətinin düzgün bölüşdürülməsini təşkil edir, təlim ehtiyaclarının aşkar edilməsi üsullarını işləyib hazırlayır.

Müraciət etmək istəyənlərdən CV-lərini müraciət et bölməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan