Saatlı PİEZ filialında aqronom (pambıqçılıq üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzərPambıq ASK MMC Saatlı PİEZ filialında aqronom (pambıqçılıq üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Pambıq bitkilərinin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkilinə rəhbərlik edilməsi;
  • Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər verilməsi;
  • Respublika məlumat və xəbərdarlıq laboratoriyasının təqdim etdiyi hesabatlar və təsərrüfatlardan alınan sifarişlər əsasında mübarizə aparılacaq sahələrin təyin edilməsi;
  • Yerüstü aqreqatlara, kimyəvi və bioloji vasitələrə olan tələbatın müəyyən edilməsi;
  • Bitki mühafizəsi sahəsində görüləcək tədbirlər üzrə aylıq və illik plan hazırlanması;
  • Bitkilərin mühafizəsi və yerüstü xidmət işlərinin tələb olunan pestisidlərlə aparılması üçün onların əldə edilməsi və təsərrüfatlarda bitkilərin mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
  • Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və elmin son nailiyyətlərinin tətbiq edilməsinin təmin edilməsi;
  • Sınaqdan keçmiş preparatların tətbiqinin həyata keçirilməsi;
  • Bitki mühafizəsində mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübənin tətbiq edilməsinin həyata keçirilməsi;
  • Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edilməsi.

Tələblər

  •  Sahə üzrə ali təhsil
  • Pambıqçılıq üzrə 3 ildən çox iş təcrübəsi
  • Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər
  • Gübrə, pestisidlərin tərkibi və istifadəsi ilə bağlı məlumatlar (MSDS-lər)
  • İdarəetmə təcrübəsi
  • Analitik düşünmə bacarığı.
  • Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək

İş rejimi: 6 gün

  • Həftədə 40 saat

Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaqdır.

İş yeri Saatlı rayonunda yerləşdiyinə görə həmin rayonda və ətraf rayonlarda (İmişli,Sabirabad və Biləsuvar) yaşayan namizədlərin müraciət etmələri xahiş olunur.

Link: https://qlor.me/lf6ghtn2

Oxşar vakansiya siyahısı:

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı