Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Facility Management Group SƏTƏM üzrə mütəxəssis(təlimçi) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İllik təlim planına əsasən işçi heyətə SƏTƏMM təlimlərinin keçirilməsini təmin etmək;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- SƏTƏMM üzrə ümümi və xüsusi təlimlərin (giriş təlimi,yanğın təhlükəsizliyi, hündürlükdə görülən işlər, təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi, İşə İcazə təlimi, və s. işçi personala və subpodratçılara keçirilməsi;
- Təlim matrisasının hazırlanması, izlənməsi;
- Təlimat jurnallarının hazırlanması və yoxlanılması;
- Təlimlər üzrə həftəlik və aylıq hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil (Texniki);
- SƏTƏMM sahəsində təlim metodologiyasına dair bilikləri;
- Auditoriya ilə işləmə bacarığı;
- Azərbaycan Respublikasının qanunvericiliyi (Əmək Məcəlləsi, SƏTƏMM sahəsində Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Təlimatlar, digər normativlər və standartlar, habelə SƏTƏMM sahəsində Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr);
- Yüksək səviyyədə təqdimat hazırlama qabiliyyəti;
- İSO 45001-2018 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq;
- İşçi heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və ölçülməsi bacarıqları;
- Microsoft Office proqramları biliyi (xüsusilə əla səviyyədə PowerPoint bilikləri);
- Rus dili və ingilis dilində yazılı və şifahi ünsiyyət bacarığı;
- Təlimçi kimi müvafiq sertifikatların olması;
- İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lokanik olmaq;
Xahiş olur CV-lərinizi cover letter ilə birlikdə, 2 referans məktubu və SƏTƏMM sahəsi üzrə hazırlanmış 1 nümunə təqdimatı SƏTƏMM üzrə mütəxəssis(təlimçi) başlığı altında hr@fmg.az e-mail ünvanına yollayasınız.