Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kapital Bank Sənədli əməliyyatlar üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. SWIFT üzrə iş təcrübəsi olmalıdır.
Ümumi məlumat:
“Kapital Bank” ASC namizədləri “Agile” komandasına “Sənədli əməliyyatlar üzrə Menecer” olaraq qoşulmaq üçün müraciət etməyə dəvət edir.
Öhdəliklər:
- Bankın sənədli əməliyyatlar üzrə siyasətinin inkişafı layihələrinin həyata keçirilməsi;
- Beynəlxalq maliyyə qurumları ilə əlaqələrin qurulması;
- Bankın müştərilərinin xeyrinə qarantiyaların verilməsinə dair təkliflərin hazırlanmasına nəzarət;
- Sənədli əməliyyatlar üzrə əqdlərin strukturlaşdırılması və sənədli əməliyyatların müşayiət olunması;
- Bankın struktur bölmələri, eləcə də iri və orta biznes subyektləri ilə sənədli əməliyyatların inkişafı məsələləri üzrə qarşılıqlı faliyyətin həyata keçirilməsi;
- Kredit və sənədli əməliyyatlar üzrə bazarda qüvvədə olan tarif və faiz dərəcələrinin müntəzəm monitorinqin keçirilməsi;
- Sənədli əməliyyatlar üzrə, metodik, təlimat sənədlərin hazırlanmasında iştirak onların təsdiqi.
- Müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
- Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
- İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
- Müştərilərin bank zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxal sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
- Müştəri Menecelərə Ticarətin Maliyələşdirilməsi məhsullarının satışında dəstək olmaq;
- KOS Skorinq modeli əsasında olan məsələləri ilə bağlı Müştəri Menecerlərə təlimin təqdim edilməsi.
Tələblər:
- Sənədli əməliyyatlar sahəsində iş təcrübəsi;
- SWIFT üzrə iş təcrübəsi;
- Banklarda sənədli əməliyyatların verilmesi üzrə prosedur biliklerinin olması;
- Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə;
- Operativ qərar vermə bacarığı;
- Yüksək səviyyədə analitik bacarıqlar;
- Yaxşı ünsiyyət və nitq bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və rus dili – yaxşı səviyyədə.
CV-lərinizi, mövzu hissəsində “Sənədli əməliyyatlar üzrə Menecer” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...