Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ateshgah Sigorta Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi

Namizədə tələblər:

  • Yaş: 23-30
  • Təhsil: Ali və ya orta texniki
  • İş təcrübəsi: qeyd olunan vəzifə üzrə minimum 1 il
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
  • Texniki sənədləri tərtib etmək təcrübəsi
  • “Routing” və “Switching” , VLAN, Xarici və daxili şəbəkə bilikləri

Şəxsi keyfiyyətlər:

  • Analitik təhlil və operativlik bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Şəbəkə sahəsi:
  • Sadə şəbəkə sisteminin qurulması,
  • Marşrutlanma avadanlıqlarının (Routers) və WIFI avadanlıqlarının (Access Points) quraşdırılması,
  • Paylayıcıların (Switches) quraşdırılması.
  • İP adresslərin hesablanması və paylanması
  • Rabitə sahəsi:
  • VOİP soft (3cx Phone System,Asterisk) və ya fiziki ATS-lərin proqram təminatları.
  • Proqramın quraşdırılması və sazlanması, İP telefonlarla işləmə (quraşdırılma,sazlanma və problemin həlli)
  • Mobil avadanliqların (GSM gateways) quraşdırılması və sazlanması
  • Sistem sahəsi:
  • Microsoft Serverlər ailəsi bilikləri
  • Active Directory
  • DNS
  • DHCP
  • Print Server
  • DFS (File Server)
  • Mail Server
  • Virtual sistemlər:
  • VMware

Şəxsi keyfiyyətlər:

  • Analitik təhlil və operativlik bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqı sınaq müddətində 450 AZN
  • Sınaq müddətindən sonra 500 AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı