İngilis dili bölməsi üzrə riyaziyyat müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-800 AZN. Edu Studio İngilis dili bölməsi üzrə riyaziyyat müəllimi vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq ixtisas üzrə bakalavr təhsili vacibdir.

İş barədə məlumat:

  • “EduStudio” MMC şirkətində İnglis bölməsi üzrə Riyaziyyat müəllimi vəzifəsinə müraciət etmək üçün müvafiq sahədə ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq.
    Dərslər Cambridge Universitetinin proqramı əsasında keçiriləcəkdir
  • EduStudio Təhsil mərkəzinin üstünlükləri: Burada təhsil alan şagirdlərə və çalışan bütün əməkdaşlara müasir, innovativ, yüksək səviyyədə təchiz edilmiş fəaliyyət mühitini təklif edir
  • Şirkətimizin dəstəkləyici mühitə, həmçinin, şagirdlər və müəllimlər arasında açıq dialoqun həyata keçdiyi əvəzsiz mühitə malik olması professional inkişaf üçün fürsətlər yaradır
  • EduStudio haqqında əlavə məlumat: http://www.edustudio.az
  • İş qrafiki: tam

Namizədə tələblər:

  • Müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi
  • Tələb olunan sahədə ən az 2 il müddətində pedaqoji təcrübə
  • İnglis dilində İntermediate və daha üstün səviyyə
  • 11-18 yaş qruplarını əhatə edən şagirdlərlə böyük həvəslə işləmək istəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı
  • Həmçinin əlavə olaraq
  • Təhsil yönümlülük və şagirdlərin təlimatlandırılması
  • Kursun tədris planının tələblərinə və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək
  • Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması
  • Şagird nailiyyətləri barədə vaxtında əhəmiyyətli rəy vermək

Oxşar vakansiya siyahısı:

Şahmat müəllimi

Missiya Təhsil Şirkətini Şahmat müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...

Missiya Təhsil Şirkəti

21.05.2024 - Bakı

Science Teacher (Secondary International)

Təsvir We are seeking a qualified and experienced Science teacher for our Secondary International School to join our team and deliver high-quality science lessons. Utili ...

Landau School

14.05.2024 - Bakı