Riyaziyyat Müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Delphi şirkəti Riyaziyyat Müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

“Delphi” dünyada effekti təsdiqlənmiş öyrətmə metodikaları ilə azyaşlılar üçün riyaziyyat və kodlaşdırma kursları təqdim edən innovativ akademiyadır. İnandığımız şey budur ki, həyatdakı bütün prosesləri qavramaq və həll etmək üçün riyaziyyatı anlamaq, eyni zamanda praktikada tətbiq etmək lazımdır. Məhz bu missiyaya xidmət etmək – gələcəyin kompleks problemlərini həll edəcək liderləri yetişdirmək “Delphi” akademiyasının əsas qayəsini təşkil edir.
Bu missiyanı birgə həyata keçirəcəyimiz möhtəşəm komanda yoldaşları axtarırıq. Əgər riyaziyyata, öyrətməyə və öyrənməyə qarşı səmimi sevginiz varsa elə isə işin digər detalları ilə tanış olaq.

  • Dərs proqramını hazırlamaq
  • Şagirdlərin potensiallarını üzə çıxarmaq üçün həvəsləndirici və öyrədici mühit yaratmaq
  • Dərs prosesinin daha effektiv olması üçün lazım ola biləcək yeni alət və texnologiyaları araşdırmaq və tətbiq etmək
  • Gündəlik hesabatları hazırlamaq
  • Part-time. Dərs cədvəlinə uyğun olaraq 9:00-dan 19:00-dək

Namizədə tələblər:

  • Müvafiq sahədən bakalavr təhsili
  • Problem həlletmə, güclü koordinasiya və orqanizasiya bacarıqları
  • Müəllimlik peşəsində təcrübə
  • Kurs proqramı (kurikulum) hazırlama təcrübəsi
  • Təhsil sahəsində ən son yenilikləri izləyən
  • Müasir təhsil texnologiyaları ilə tanış olan
  • Yüksək motivasiyalı, ətrafına enerji saçan
  • Komanda işinə meyilli və insanlarla yüksək kommunikasiya bacarığına malik
  • Öyrənməyi, öyrətməyi və uşaqlarla işləməyi son dərəcə sevən

Oxşar vakansiya siyahısı:

Şahmat müəllimi

Missiya Təhsil Şirkətini Şahmat müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...

Missiya Təhsil Şirkəti

21.05.2024 - Bakı