Riyaziyyat Müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Riyaziyyat Müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Riyaziyyat müəllimi vəzifəsinə müraciət etmək üçün ali pedaqoji təhsili olan namizədləri dəvət edir. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDLƏRDƏN TƏLƏBLƏR:

  • Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazma qabiliyyəti.
  • Tələb olunan sahədə ən az 3-5 il müddətində pedaqoji təcrübə;
  • 6-18 yaş qruplarını əhatə edən təhsilalanlarla böyük həvəslə işləmək istrəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.
  • Öz fənnini yüksək səviyyədə bilməli;
  • Pozitiv, işini sevən, şagirdlərlə rahat ünsiyyət qurma bacarığı olmalı;
  • Tədris proqramını yüksək səviyyədə şagirdlərə çatdırmaq bacarığı olmalı;
  • Müasir dərs metodlarından istifadə edərək dərslərini maraqlı,effektiv və interaktiv üsullarla dərslərin keçirilməsini bacarmalı

ÖHDƏLİKLƏR:

  • 20 saat dərs yükü,
  • Zəif şagirdlərlə fərdi işin təşkili
  • Məktəbin tədris planının tələb və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim
  • terialların hazırlanması;
  • Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək;
  • Məşğuliyyət tam iş günü nəzərdə tutur.

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla ( Məsələn Riyaziyyat müəllimi ) hr@mtk.edu.az electron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...