Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Capital Risklərinin idarə edilməsi bölməsinin Baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Starteji hədəflərə gedən yolda yarana biləcək risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsi,  eləcə də qərarların qəbul edilməsində iştirak;
  • Əməliyyat, bazar və kredit risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak;
  • Əməliyyat, bazar və kredit risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Şirkətin struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Şirkətin riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Şirkətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə struktur bölmələrdə maarifləndirmə işlərinin həyata keçirilməsi.

Namizədlərə əsas tələblər:

  • Vətəndaş qüsursuzluğuna malik olma;
  • Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili;
  • Təcrübə: Zəruri minimum iş təcrübəsi 3 il, risklərin idarə edilməsi funksiyası üzrə 1il;
  • Kompyuter  biliyi: Microsoft Office (Word, Excel, Power Point, Outlook), Statistik proqramlar;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
  • Digər tələblər: Texniki – analitik biliklər;
  • Qanunvericilik, sənədləşmə biliyi:  Maliyyə qurumlarında prudensial tələblər və qaydalar;
  • CFA və ya FRM sertifikasiyası üzrə nəticələr əldə etmiş namizədlərə üstünlük veriləcəkdir.

Maraqlanan şəxslər elektron məktub başlığında Risklərin idarə edilməsi bölməsinin Baş mütəxəssisi qeyd etməklə öz CV-lərini göndərə bilərlər.

CV-lərin göndərilməsi üçün son tarix: 30.11.2021-ci il.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Daxili nəzarət və təftiş üzrə mütəxəssis

RAM Holding Daxili nəzarət və təftiş üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

RAM Holding

19.09.2024 - Bakı

500₼
Kredit üzrə mütəxəssis

Ə/h 500 AZN + Bonus. Emsan Kredit üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır. ...

Emsan

19.09.2024 - Bakı

Mühasib

Focus Optika Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

18.09.2024 - Bakı

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

10.09.2024 - Bakı

1200₼
Aparıcı Mühasib

Pro Con İPro Con İzo Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

27.08.2024 - Bakı

Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

27.08.2024 - Bakı

1200 — 1500 ₼
Maliyyə mütəxəssisi

Super Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

21.08.2024 - Bakı