Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Risklərin İdarəolunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və Rus dili bilikləri olmalıdır.
Vəzifə və Öhdəliklər:
- Mövcud biznes proseslərin təhlili və dələduzluq (fraud) riski yüksək olan biznes proseslərin müəyyən edilməsi;
- Dələduzluq (fraud) riski yüksək olan biznes proseslər üzrə araşdırmaların aparılması;
- Dələduzluq (fraud) hallarının idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Bakı şəhəri və bölgələrdə olan nümayəndəliklərdə müntəzəm monitorinqlərin keçirilməsi;
- Dələduzluq (fraud) hallarının araşdırılması məqsədilə hesabatlıq formalarının yaradılması və istifadəsi;
- Dələduzluq (fraud) hallarının qarşısının alınması məqsədilə tövsiyələr vermək və metodoloji yardım göstərmək;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Bilik və bacarıqlar:
- Ali təhsil;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İngilis və Rus dili bilikləri;
- Analitik düşüncə qabiliyyəti;
- Fərdi və komanda şəklində işləmək qabiliyyəti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...