Risklərin idarə edilməsi üzrə Baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Beynəlxalq Bank Risklərin idarə edilməsi üzrə Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis və Rus dillərini bilən namizədlər tələb olunur.

Bank fəaliyyətində yaranan maliyyə risklərinin (kredit, bazar və ya əməliyyat riskləri) qiymətləndirilməsi, təhlili və idarə edilməsi sahəsində təcrübəsi olan, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi üzrə məsləhət vermək və dəstək olmaq;
  • Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması üzrə məsləhət vermək və dəstək olmaq;
  • Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə təkliflərin irəli sürülməsi üzrə məsləhət vermək və dəstək olmaq;
  • Maliyyə risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
  • İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsil olan
  • Kreditlərin verilməsi, təsnifləşdirilməsi  və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan
  • Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar/Əməliyyat risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan)
  • CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan
  • Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini  bilən
  • Güclü kommunikativ qabiliyyətə sahib olan
  • Microsoft Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Risklərin idarə edilməsi üzrə  Baş mütəxəssis”)

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı