Risklərin idarə edilməsi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Risklərin idarə edilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
  • Əsas göstəricilərin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
  • MKT İK MMC qurumlarının və əməkdaşlarının fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini əks etdirən məlumatların (müvafiq baza, qeydiyyat kitabları və ya sənədləri, hesabatlar, icmal məlumatlar, protokollar və aktlar, sənəd dövriyyəsi və s.) müvafiq normativ-hüquqi sənədlərlə, həmçinin mövcud etibarlı informasiyalarla tutuşdurulması (üzləşdirilməsi) zamanı yarana biləcək risklərin önlənməsi üçün risk matrisaları hazırlamaq;
  • Yoxlamalar üzrə elektron mətnlərin, cədvəllərin, məntiqi analizləri üçün risk səviyyəsinin dəyərləndirilməsi hesabatlarının hazırlanmasına müvafiq baza yaratmaq;
  • Risk işinin sistemləşdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər

  • Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Statistik və ya riyazi modelləşdirmə sahəsində təcrübə, analoji sahədə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində əla, ingilis və rus dillərində yaxşı səviyyədə bilik;
  • Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
  • Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli bacarığı;
  • Excel və Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığı;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.

Link: https://hr.mktcotton.com/az/job/risklerin-idare-edilmesi-uzre-mutexessis

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...